Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Cəbhədə gərginlik: Hərbçimiz yaralandı

“Qoşunların təmas xəttində əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib”.

Xeberinfo.com:   Bu barədə Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilib. 


Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən mövqeləri mayın 12-də saat 10.30-da Ermənistanın Yexeqnadzor rayonu ərazisindəki mövqelərdən atəşə tutulub. Düşmən tərəfinin təxribatı nəticəsində bir nəfər hərbi qulluqçumuz əsgər Quluzadə Yusif Eldar oğlu yüngül yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub: “Bildiririk ki, düşmən təxribatlarının nəticəsi olaraq baş verənlərə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam