Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Samir Şərifovun Eldar Mahmudovu həbsə aparan yoxlaması

Keçmiş MTN şefinin nazir olduğu dövrlə bağlı maliyyə yoxlamalarına başlanılıb

Xeberinfo.com:  Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun hələ də həbs olunmaması müzakirə mövzusu olaraq qalır. Bir neçə gün əvvəl Azadlıqın yaydığı məlumatda bildirilirdi ki, Eldar Mahmudov MTN-də baş verənlərlə bağlı məsuliyyəti üzərindən atıb.

O, iddia edib ki, komandasının törətdiyi əməllərin çoxundan xəbərsiz olub. Beləliklə, keçmiş MTN şefi faktiki olaraq komandasını satıb.

Dünən əldə etdiyimiz məlumatlara görə, Eldar Mahmudovun həbsinə ciddi əsas ola biləcək prosesə start verilib. Bildirilir ki, maliyyə naziri Samir Şərifovun şəxsi nəzarəti altında Eldar Mahmudovun nazir olduğu dövrdə dövlət büdcəsindən MTN-ə ayrılan pulların necə xərclənməsi ilə bağlı yoxlamalar aparılır. Bildirilir ki, bu yoxlamaların nəticəsi olaraq Eldar Mahmudovla bağlı konkret qərar verilə bilər. Ehtimal olunur ki, yoxlamaların yeni başlamasına baxmayaraq artıq büdcədən ayrılan pulların mənimsənilməsi ilə bağlı yetərincə faktlar var. Lakin yoxlamalar hələ davami edir və güman ki, daha şok korrupsiya faktları üzə çıxacaq. Ehtimal olunur ki, bu faktlar Eldar Mahmudovun həbsinə apara bilər.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam