Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Düşmənin daha 4 hərbçisinin ağır yaralandığı məlum oldu

Ermənistan ordusunun daha 4 hərbçisinin ağır yaralandığı məlum olub

 

 

 Azərbaycan Silahlı Qüvvələrinin ötən gecə sarsıdıcı zərbələr endirməklə düşmən təxribatının qarşısını alması nəticəsində Ermənistan ordusunun öldürülmüş 2 hərbi qulluqçusundan əlavə daha 4 hərbçisi ağır yaralanıb.
Xeberinfo.com:  "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, öldürülən hərbiçilərdən biri Noyemberyan rayonunun sakinidir. 
Qeyd edək ki, bu gün səhər yayılmış məlumatlara əsasən Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub. Talış kəndi istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusu iki erməni hərbçisini (1997 təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazqen Arutunyan) məhv edib.
Xatırladaq ki, cəbhəboyu zonada səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınacağını bəyan etmişdi: “Nə qədər ki, ermənilər öz işğalçı siyasətindən əl çəkməyiblər Prezident İlham Əliyevin dediyi kimi, “torpaq düşmənlərin ayaqları altında od tutub yanmalıdır”. Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq. Bizim məqsədimiz budur”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam