Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Cəbhədəki zabitin evini sökən vəzifəli şəxslər cəzalandırılmalıdır”

soku_ntu-27_qRamanadakı yeni yaşayış massivində Sabunçu rayon İcra Hakimiyyətinin işçiləri onlarla evi söküblər.

Xeberinfo.com:  Bu evlərdən biri tank komandiri Cavid Çobanovun olub. Hərbçi özü döyüş bölgəsində olduğundan evin tikinti işləri ilə qardaşı Coşğun Çobanov məşğul olurmuş.
Amma buna baxmayaraq, həmin ev icra orqanının işçiləri tərəfindən sökülüb.
26 saylı Sabunçu birinci seçki dairəsini deputatı Fazil Mustafa məsələ ilə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüb.
Deputat deyib ki, Azərbaycan Ordusunun hərbçisinə məxsus ev sökülürsə, onun arvad-uşağı çöldə qalısa, o, ön xətdə necə döyüşə bilər?:
“Bu məsələyə ciddi bir reaksiya verilməlidir. Çünki hər zaman deyirəm, əsgər və ya zabitin döyüş bölgəsində maddi və başqa formada dəstəklənməsi yetərli deyil. İlk növbədə burada onların ailələrinin vəziyyəti yaxşı olmalıdır ki, onlar xidmətlərini rahat apara bilsinlər.
İndi həmin komandir, zabit hansı rahatlıqla döyüşə bilər ki, onun arvadı və uşaqları çöllərdə evsiz qalıb.
Bu məsləyə çox ciddi reaksiya verilməlidir. Həmin şəxslərin yerləşdirilməsi və evlə təmin olunmaları ilə bağlı təcili konkret addım atılmaldır. Belə şey olmaz”.
Fazil Mustafa həmin insanlardan rüşvət istəyən məmurların sərt cəzalandırılmalı olduğunu söyləyib:
“Həmin insanlardan rüşvət tələb olunması da çox pis haldır. Konkret olaraq vəzifəli şəxslər bu məsələyə görə məsuliyyət daşıyırlar.
Müvafiq qurumlar, icra orqanları açıqlama verməlidirlər ki, nəyə görə Azərbaycan Ordusunun zabitinə qarşı bu cür hörmətsizlik edirlər?
Qalan məsələləri də dövlət rəsmiləri səviyyəsində qaldırmağa çalışarıq. Əgər dünən bu məsələ daha tez ortaya çıxarılsaydı, parlamentin iclasda mən bunu mütləq qaldırardım”.
28 saylı Sabunçu üçüncü seçki dairəsinin deputatı Eldar Quliyev deyib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparmaq qadağandır:
“Mən bu məlumatı sizdən eşidirəm, hadisə barədə tam məlumatım yoxdur. Ramanada qanunsuz, sənədsiz evlərin sökülməsi və ev sahiblərinə pul kompensasiyasının verilməsi haqda rəsmi sənəd var. Amma bu sənəd köhnə evlərə aiddir.
Sizin dediyiniz ev də deyəsən təzə tikilənlərdəndir. Yəqin ki, onun da sənədi yoxdur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikmək qəti qadağandır. Çox güman ki, həmin evin çıxarışı da olmayıb. Ona görə də həmin evi söküblər. Qaldı ki, hazırda cəbhə bölgəsində olan zabitə hansısa güzəştin edilib-edilməməsi məsələsi, bu İcra Hakimiyyətinin, icra orqanlarının işidir”.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov ön xətdə döyüşən Azərbaycan hərbçisinə qarşı belə bir addımın atılmasının pis hal olduğunu deyib:
“O ev qanunsuz tikilibsə belə, Sabunçu rayon İcra Hakimiyyəti özbaşınalıq edilib. Evin sökülməsi üçün məhkəmə qərarı olmalıdır. Yəni bu məsələ daha sivil və hüquqi yolla həll oluna bilərdi.
Çünki həmin ev 1 günə tikilməyib. Ev tikiləndə ərazi üzrə cavabdeh olan icra hakimiyyətinin nümayəndələri bundan dərgal xəbərdar olurlar.
Bu evin sahibi döyüş bölgəsində olan hərbçidir. Ona mənəvi zərər yetirməmək üçün belə bir addım atılmamalı idi. Vətən uğrunda döyüşən və canından belə, keçməyə hazır olan hərbçimizə qarşı belə zorakı addımlar yaxşı ab-hava yaratmayacaq
Sabunçu rayon ilə bağlı çox neqativ fikirlər səslənir. İcra başçısı Adil Vəliyev öz ətrafında olan vəzifəli şəxslərə bir qədər diqqət yetirməlidir.
Çünki onun ətrafında olan bizi şəxslər öz hərəkətləri ilə prezidentin oraya təyin etdiyi icra basçışı kimi Adil Vəliyevin adına böyük xələl gətirirlər. Dəfələrlə şahidi olmuşam ki, Sabunçu rayonunda vəzifəli şəxslər özbaşınalıqlar edirlər.
Məslə ciddi araşdırılmaldır. Nəticədə evin tikilməsinə icazə verənlər, söküntüdə əli olan şəxslər əməllərinə görə məsuliyyətə cəlb olunmalıdırlar”.
Məsələ ilə bağlı Sabunçunun İcra Hakimiyyətindən bildiriblər ki, sökülən evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilibmiş. Ancaq «saysız-hesabsız evlərin tikintisinə qurum bu günədək niyə göz yumub», bu suala cavab verilməyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam