Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ermənilər dinc sakinləri atəşə tutur: ölən və yaralananlar var – FOTOLAR

 

Erməni silahlı birləşmələri Azərbaycanın cəbhəyanı rayonlarının dinc sakinlərini atəşə tuturlar.

 

Xeberinfo.com:   Bu atəşlər nəticəsində Ağdam və Tərtər rayonlarının mülki əhalisi arasında ölən və yaralananlar var.
Aprelin 27-dən 28-ə keçən gecə Ağdamda ermənilərin kəndləri artilleriya atəşinə tutması nəticəsində yaralanan 6 nəfər mülki şəxsdən 3-ü Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.
Trend-in xüsusi müxbirinin Bərdədən verdiyi məlumata görə, bu barədə mərkəzin həkim cərrahı Eldar Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaralılardan 2-si rayonun Çəmənli, biri Qaradağlı kəndinin sakinidir: “Yaralılar mərmi partlaması nəticəsində qəlpə yaraları, qapalı kəllə beyin travması və baş beyin silkələnməsi zədəsi alıblar. Xəstələrdən 1-inin vəziyyəti orta-ağır stabil, o birilər kafidir. Xəstələrdə qapalı kəllə beyin travması və baş beyin silkələnməsi və bədənin müxtəlif yerlərində sıydılmış yaralar müşahidə edilir”.
1986 təvəllüdlü Çəmənli kənd sakini Zahid Rəhimov kəllə-beyin travması – kontuziya alıb.
1984-cü il təvəllüdlü Çəmənli kənd sakini Anar Abdullayev və 1985-ci il təvəllüdlü Qaradağlı kənd sakini Elgiz Qarayev isə qəlpə yarası alıblar.
Qeyd edək ki, bu gün Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən bir qrup Bərdə rayonuna gəlib.







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam