Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Daha bir erməni hərbçinin meyiti qarşı tərəfə verildi

Bu gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı ölmüş və aprelin 11-də Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı tapılan Ermənistan hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.

Xeberinfo.com:   APA-nın xəbərinə görə, qoşunların təmas xəttində keçirilən təhvil vermə prosesində ATƏT-in və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak edib.

Qoşunların təmas xəttində təşkil olunan görüş Ağdamın Baş Qərvənd kəndi ərazisində baş tutub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da bununla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olmuş və 11 aprel 2016-cı il tarixdə Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı meyiti tapılmış bir Ermənistan hərbçisinin nəşi aprelin 20-də qarşı tərəfə verilib.

İnsidentsiz keçən proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası dünən erməni hərbçinin nəşinin aprelin 20-də, saat 15.00-da qarşı tərəfə verilməsi barədə aidiyyəti dövlət qurumları tərəfindən qərar qəbul olunması barədə məlumat yayıb.

Dövlət Komissiyası prosesin həyata keçirilməsində humanitar vasitəçi qismində iştirak etmək və qarşı tərəfi məlumatlandırmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam