Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Əli İnsanovla bağlı məhkəmə qərar verdi

Bu gün Bakı Apellyasiya Məhkəməsində Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Muradovun həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Xeberinfo.com:   Report-a istinadən xəbərə görə, hakim Cangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib. İş baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilib.

 

Xatırladaq ki, bir müddət əvvəl Ə.İnsanovun qarajı sökülüb. Bununla əlaqədar Vəfa Əlizadə adlı şəxsin Ə.İnsanova 50 min manat məbləğində pul ödəməsi barədə Nəsimi Rayon Məhkəməsi qərar çıxarılıb. Həmin qərarın icrası məqsədi ilə Ə.İnsanovun hüquqlarını müdafiə edən şəxs V.Əlizadənin səhmlərinin üzərinə həbs qoyulması barədə təqdimat verib. Məhkəmə təqdimatı təmin edərək, qərardad çıxarıb. Həmin qərardadı Nəsimi Rayon İcra Şöbəsi icra etməyib. Bununla bağlı Ə.İnsanovun vəkili 1 saylı İnzibati-İqtisadi Məhləməsinə müraciət edib. Məhkəmə sabiq nazirin şikayətini qismən təmin edib. Qərardan narazı qalan Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Ramin Muradov apellyasiya şikayəti verib.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam