Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Bakının mərkəzində ağır qəza

 

Bakının Nizami rayonu, Heydər Əliyev prospektində sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

 

"xeberinfo.com":  "Koroğlu" metro stansiyasından şəhər istiqamətində hərəkətdə olan Cəbrayılov Heydərin idarə etdiyi  "90 EZ 777" dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil  İntiqam Orucovun idarə etdiyi "90 MJ 205" "Opel" markalı maşınla toqquşub. Qəza nəticəsində "Opel"in sürücüsü ağır xəsarət alıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsinin hadisə yerində olan əməkdaşların verdiyi məlumata görə, ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "Mercedes" markalı avtomobilin sürücüsü səbəb olub.  Belə ki, "Koroğlu" metro stansiyasından şəhər istiqamətində hərəkətdə olan "Mercedes"in sürücüsü qəfil hərəkət zolağını dəyişib və "Opel" markalı avtomobili yolun kənarına sıxışdırıb. Nəticədə "Opel" markalı avtomobil işıq dirəyinə çırpılaraq aşıb. Hadisə şahidlərindən alınan ilkin ifadə əsasında məlum olub ki, "Mercedes"in sürücüsü sürət həddini aşaraq, tez-tez manevr edərək hərəkət zolağını dəyişirmiş.

Qeyd edək ki, qəza nəticəsində Heydər Əliyev prospektində tıxac meydana gəlib.  Dövlət Yol Polisinin Nizami Rayon Şöbəsinin əməkdaşları hər iki avtomobili evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırdıqdan sonra prospektdə nəqliyyatın hərəkəti normallaşıb.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?