Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“MTN əməkdaşı” Salyan sakinindən 18 min manat pul alıb - VİDEO

“MTN əməkdaşı” Salyan sakinindən 18 min manat pul alıb - VİDEO

 

 

Salyan rayonunun Xocalı kəndində yaşayan Həsənov Tərxan Xanış oğlu redaksiyamıza müraciət edərək, öz problemindən bəhs edib. 
Xeberinfo.com:   Onun sözlərinə görə, bir neçə il öncə həbs edilən qohumunu azad etdirəcəyi ilə bağlı ona söz verən şəxs, ondan pul alaraq, aldadıb. Həmin şəxs nə verdiyi sözə əməl edib, nə də pulu geri qaytarıb. 
Üç ildən çoxdur ki, haqq-ədalət axtarışında olan Tərxan Həsənov, bunları deyir: "Sadə kənd adamıyam. Həyatımı əkib-becərməklə qazanıram. Amma başıma elə iş gəlib ki, kimə müraciət edəcəyimi bilmirəm. 2013-cü ilin fevral ayında bacımın həyat yoldaşı Fəxrəddin Həsənov törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum edilib. Həbs edilənə qədər onun səhhətində ciddi problemlər var idi. Onun sağ gözündə olan şiş, gözünü tamam qapatmışdı. Xərçəng idi. Tez-tez müalicə olunurdu, amma fayda vermirdi. Yeznəmi Bakıdakı bütün xəstəxanalara aparmışdıq. Buna görə də, həbs ediləndə ailəsi olaraq narahat olduq". 
 
Şikayətçi Tərxan Həsənov pul verərək, yeznəsinin cəzasını yüngülləşdirmək istəyib: "İstədik ki, bir yolla onun cəzaçəkmə müəssisəsində şəraitini yüngülləşdirək. Əziyyət çəkməsin. Bunu görə də başladım, əlac axtarmağa... Kənddə hamı bilirdi ki, kömək edəcək şəxs axtarıram. Bu zaman həmkəndlim Quliyev Tahir Atamalı oğlu mənə dedi ki, "Sənə kömək edə biləcək adam tanıyıram". Beləcə məni Azad adlı şəxslə tanış etdi. 
Həmin bu Azad da Salyanda yaşayır və rayonda hamı onu "Məşədi Azad" kimi tanıyır. Çay evində oturub, danışdıq. Ona başımıza gələn hadisə və yeznəmin xəstəliyi ilə bağlı məlumat verdim. O da dedi ki, "Mən MTN əməkdaşıyam. Sən bu məsələdə rahat ol. Yeznənə ev dustaqlığı qərarı verdirəcəyəm. Lakin bu məsələdə mərhələli formada pulun çıxacaq". Mən də yaxın qohumumun səhhətini nəzərə alaraq, bacımın xətrinə razılaşdım". 
Həmin şəxs özünü MTN əməkdaşı kimi təqdim etsə də, heç bir rəsmi sənəd göstərməyib: "Özündən çox əminliklə danışırdı. Deyirdi ki, "filankəsi mən çıxartdırmışam, buna kömək etmişəm". Bu adamı rayonda hər 5 nəfərdən 4-ü tanıyır. Hamı da bilir ki, belə işlərlə məşğul olur. Ona görə də güvəndim. Amma mənə MTN-nin əməkdaşı olması ilə bağlı heç bir rəsmi sənəd göstərmədi". 
T.Həsənov bütün mal-mülkünü sataraq, həmin şəxsə külli miqdarda pul verib: "Şəxsi əmlakım olan mal-qaranı, zinət əşyalarını, bir sözlə, pula gedəsi nəyimiz var idisə, hamısını satmışam. Ümumilikdə üst-üstə həmin bu Azad adlı şəxsə 18.600 manat pul vermişəm. Birinci dəfə 700 manat aldı. Sonra isə yavaş-yavaş, hər dəfə müxtəlif bəhanələrlə pul istədi və mən də verdim. 
Ümid edirdik ki, verdiyi sözləri tutacaq və yeznəm ev dustaqlığına çıxacaq. Amma sonradan məlum oldu ki, bu adam bizi aldadıb. Məşədi Azad fırıldaqçı çıxdı, heç bir iş görmədi. Məhkəmələrə gəlmədi, vəkil tutmalı idi, amma onu da etmədi. 
Yeznəmə məhkəmə qərarı ilə iş verildi, hazırda Kürdəxanıda yerləşən cəzaçəkmə müəssisəsində həbsdədir. Mən o gündən sonra bu adamı tapa bilmirəm. Telefon zənglərimə cavab vermir, heç yerdə də tapılmır. Mənim istəyim budur ki, heç olmasa, verdiyim pulları geri qaytarsın. 18 min 600 manat az pul deyil. Üstəlik mənim kimi kasıb bir adam üçün..."
Musavat.com
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam