Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

İlhamə Quliyevanın mənzilinə və brilyantlarına həbs qoyuldu

ilhame-quliyevaHüquq-mühafizə orqanları mərhum xalq artisti İlhamə Quliyevanın əmlakına həbs qoyublar.

Xeberinfo.com:  Bunu xalq artistinin qohumu, tanınmış müğənni Əli Mirəliyev deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları İlhamə Quliyevanın oğlu Orxan Nadirovdan tələb ediblər ki, mərhuməyə məxsus mənzilin açarlarını təhvil versin və maşını avtodayanacağa qoysun. İlhamə Quliyevanın bahalı əşyalarını saxladığı seyf isə blomblanıb.

Ə.Mirəliyev deyib ki, İ.Quliyevanın əmlakına qoyulan həbs bütün təfərrüatlar araşdırılana qədər qüvvədə olacaq. Onun sözlərinə görə, bu, xalq artistinin özündən sonra vəsiyyətnamə qoymaması ilə bağlıdır.

İ.Quliyevanın əmlakına həbs qoyulması xəbərini virtualaz.org-un hüquq-mühafizə orqanlarındakı mənbələri təsdiq etməyiblər. Bununla belə bildirilib ki, bütün əmlak müvafiq qaydada qeydiyyata alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam