Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Göygöldə qətl: Yeyib-içib dostlarını meşədə basdırdılar – VİDEO

 

Fevralın 25-dən itkin düşən 53 yaşlı Gəncə şəhər sakini Eldar Əliyevin meyiti Göygöl rayonunun Axarca kəndi ərazisində yerləşən meşə massivində basdırılmış halda aşkarlanıb.

Xeberinfo.com:  Kəpəz TV (Region TV) xəbər verir ki, Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, hadisəni Balçılı kənd sakinləri 29 yaşlı Cavid Cəfərov, 35 yaşlı Qoçu Kərimov, 32 yaşlı Aqil Rüstəmov və 26 yaşlı Xəyal Məmmədovtörədib. Rayonun “Kəhriz Bulağı” adlanan ərazidə birgə yeyib-içdikdən sonra Cavid Cəfərov küt alətlə Eldar Əliyevə xəsarət yetirib və sonuncu hadisə yerində dünyasını dəyişib. Cavid Cəfərov həmkəndliləri ilə əlbir olaraq meyiti rayonun Axarca kəndi ərazisinə apararaq meşədə basdırıblar.

Hüquq- mühafizə orqanları sözügedən ərazidən meyit çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Vasif Süleymanov - Göygöl rayon prokurorunun köməkçisi: “Göygöl rayonunun Axarca kənd inzibati ərazisində insan meyiti olması barədə rayon polis şöbəsinə və prokurorluğa daxil olan məlumat əsasında qeyd edilən ünvana baxış keçirilib. Həmin ərazidə Əliyev Eldar Heydər oğlunun torpağa basdırılmış meyiti aşkar olunub. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq aparılır”. Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Cavid Cəfərov və Qoçu Kərimov saxlanılaraq istintaqa təhvil verilib. Digər iki nəfər Xəyal Məmmədov və Aqil Rüstəmovun tutulması istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam