Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

170 min dollarlıq rüşvət qalmaqalı: Müavin postu Binəqədidə baş tutmalıymış


 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq aparat rəhbəri Səfər İmanov və digərlərinin əməlləri ilə bağlı daha 10 nəfər zərərçəkmiş şəxs vəkil Adəm Məmmədova müraciət edib.
Xeberinfo.com:   Bu barədə vəkil Adəm Məmmədov özü məlumat verib.
Vəkil ötən gün dələduzluqla üzləşmiş 10 nəfər vətəndaşın onunla görüşdüyünü bildirib: “Görüş zamanı adının çəkilməyini istəməyən hüquqlarını müdafiə etdiyim şəxsdən başqa daha 10 nəfər zərərçəkmiş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə külli miqdarda pul verdiklərini dedilər. Həmin şəxslərdən bəziləri mənə bildirib ki, işə düzəltmək adı ilə pulları Səfər İmanov Komitə adından alıb. Lakin Dövlət Komitəsinin rəsmiləri verdikləri vədə əməl etməyib. Həmin zərərçəkmiş şəxslərlə müqavilə bağladım”.
Vəkilin sözlərinə görə, zərərçəkmiş şəxslər AQUPDK-nın sədri Hicran Hüseynovanın ünvanına da ittihamlar səsləndirib.
Bundan başqa, A.Məmmədov AQUPDK-nın sabiq aparat rəhbəri S.İmanovun vətəndaşı hansı rayon icra başçısının müavini vəzifəsinə düzəltmək vədini verdiyini də açıqlayıb: “Səfər İmanov hazırda hüquqlarını müdafiə etdiyim şəxsdən Binəqədi rayon icra başçısının (RİH) müavini vəzifəsinə təyinat vəd etdiyi adı ilə ondan 170 min ABŞ dolları alıb”.
Qeyd edək ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaşlardan birindən 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.
Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsindən “Report”un sorğusuna cavab olaraq bildirib ki, iddia edilən faktın araşdırılması üçün bu il fevral ayının 5-də AQUPDK rəsmi şəkildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.
“Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib”, - Dövlət Komitəsindən bildirilib.
Dövlət Komitəsi vəkilin digər iddialarına münasibət bildirməyib.
S.İmanovun keçən ay ölkədən qaçdığı iddia edilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam