Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Binəqədidə məmur qarşıdurması

 

Bu dəfə isə, maraqları toqquşmuş məmurlar qismində bir tərəfdən paytaxtın Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, digər tərəfdən də Meliorasiya və Su Təsərürfatı ASC-nin strukturuna daxil olan Subartezian Quyularına Sevis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudov çıxış ediblər


Xeberinfo.com:   Məlumatda bildirilir ki, Mirzalı Behbudov özünün biznes şəbəkəsini genişləndirmək məqsədilə, bir müddət əvvəl Binəqədi rayonunda növbəti obyektinin tikintisini həyata keçirərkən Xaləddin İsgəndərovu aldadıb. Qeyd edək ki, mənbə bu yalanı idarə müdirinin icra başçısına boyun olduğu məbləği verməməsi ilə izah edir. Təbii ki, qarşı tərəfin belə münasibətini gördükdən sonra, Xaləddin İsgəndərov da adekvat addım ataraq tikintini dayandırıb. Bundan sonra Mirzalı Behbudov əvvəlcə icra başçısına qarşı güc göstərmək stəyib. Lakin ona bunu etməməyi məsləhət görüblər. Həm də idarə rəisinin məsləhətçiləri onu konkret olaraq xəbərdar ediblər ki, əks halda Mirzalı Behbudov vergi orqanlarının ciddi təpgisi ilə üz-üzə qala bilər. Açıqlamaya görə, idarə rəisi onunsuz da son bir neçə ayda vergi orqanları ilə müəyyən problemlər yaşamış və bu səbəbdən də ciddi maliyyə “itgiləri” vermişdir. Bu səbəbdən də Mirzalı Behbudov icra başçısının qarşısından çəkilmiş, lakin onun tələbinə də əməl etməmişdir. Ehtimal olunur ki, idarə rəisi Xaləddin İsgəndərovun vəzifədən kənarlaşdırılacağı barədə gəzən söz-söhbətlərin reallaşacağını gözləmək qərarına gəlib. Digər tərəfdən isə, açıqlamalarda Mirzalı Behbudovun hazırda Ağdam RİH-nin başçısı Raqub Məmmədovla da münasibətlərində gərginlik olduğu bildirilir. Xatırladaq ki, Mirzalı Behbudov 2007-ci ilə qədər Ağdam rayon Subartezian Quyularının İstismarı İdarəsinin (əldə etdiyimiz məlumata görə, hazırda bu idarə mövcud deyil) rəisi vəzifəsində işləyib. Bəzi mənbələr iddia edirlər ki, həmin vaxt idarə rəisi tutduğu vəzifədən o zaman Ağdam RİH-nin başçısı olmuş Həsən Sarıyevin təzyiqləri nəticəsində çıxarılıb. Eyni zamanda da bu təzyiqlərin şəxsi zəmində deyil, məhz Mirzalı Behbudovun öz vəzifəsinin öhdəsindən gələ bilməməsi səbəbindən yarandığı vurğulanır. Bildirilir ki, o zaman yerli sakinlər və fermerlər rayonun Subartezian Quyuların İstismarı İdarəsinin rəhbərliyi tərəfindən ciddi qanun pozuntularına yol verildiyinə dair RİH-nə davamlı olaraq şikayətlənirdilər. Şikayətlərdə göstərilirdi ki, idarənin əməkdaşları tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Köhnə quyuların bərpası və təmir işləri də yarımçıq görülür. Həmçinin şəxsi təsərrüfat sahibləri iddia edirdilər ki, idarənin işçiləri yerlərdə müxtəlif özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Həmçinin vurğulanırdı ki, Mirzalı Behbudov tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. Məhz bütün bu amillər də Həsən Sarıyevi belə bir addım atmağa, yəni idarə rəisinin işdən qovulmasına nail olmağa sövq etdi. Bundan sonra Mirzalı Behbudov Bakıya gəlir və burada, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən, məxsusi olaraq bu məmur üçün, əslində ASC-nin strukturunda nəzərdə tutulmayan yeni idarə, Subartezian Quyularına Sevis Xidməti İdarəsi yaradılır. İddialara görə, bu idarənin yaradılması Mirzalı Behbudova olduqca böyük məbləğə başa gəlir. Bu gün isə, həmin idarə çox böyük maliyyə əməliyyatlarının iştirakçısı kimi çıxış edir. Təbii ki, idarə rəisinin sahib olduğu əhatəli biznes şəbəkəsinin də formalaşmasında həmin maliyyə əməliyyatlarının bilavasitə rolu olub. Aldığımız açıqlamalara görə, əsasən restoran biznesindən təşkil olunmuş bu şəbəkəyə hazırda paytaxtın müxtəlif ərazilərində yerləşən bir neçə şadlıq evləri və restoranlar daxildir. İddialara görə, bu obyektlərdən hər birinin bir neçə milyon manat dəyərində qiyməti var...

(Bölgəxəbər.com)

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam