Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mədət Quliyev KQB arxivlərini açır

0091

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev “Türküstan” qəzetinin yazarı Sərxan Carçının Stalin repressiyası dövründə həbs olunmuş və sonradan güllələnmiş ulu babası haqda müraciətini qısa müddətdə cavablandırıb.
Xeberinfo.com:  Məlumata görə , bununla bağlı Sərxan Carçı bildirib: “Babamın atasının həbsi ilə bağlı arxivdəki sənədləri və varsa fotosunu əldə etmək üçün Milli Təhlükəsizlik Nazirliyinin əvvəlki rəhbərliyinə dəfələrlə xahiş məktubu yazıb, aylarla gözləsəm də, onlar “Vətəndaşın müraciəti haqqında” qanunu tapdalayaraq heç bir cavab yazmırdı. Nazirlikdə rəhbərlik dəyişəndə birbaşa general Mədət Quliyevə məktub yazdım. Heç bir cavab gözləməsəm də, bir neçə gün keçmiş telefonuma zəng gəldi. Zəng vuranlar babam Musa Carçıyevin sənədlərinin tapıldığını bildirdilər. MTN-in arxiv əməkdaşları o sənədləri mənə verəcəklərini dedilər. Amma öncə onlara kəndimizin icra nümayəndəsindən, həqiqətən o kişinin nəvəsi (varisi) olmağımla bağlı sənəd təqdim etməli idim. Tələb olunanı verib ən qısa müddətdə sənəd arxivini, hətta fotosunu əldə etdim”.
123112_res_01Sərxan Carçı buna görə şəxsən Mədət Quliyevin özünə, DTX-nın arxiv işçilərinə, sənədləri hazırlayıb göndərən baş idarəyə və DTX Qazax rayon şöbəsinə dərin minnətdarlığını və təşəkkürnü bildirib.
Xatırladaq ki, Musa Abbas oğlu Carçıyev məlum repressiya dövründə 3 il azadlıqdan məhrum edilib və 1938-ci ildə “əksinqilabi fəaliyyət” və “antisovet təbliğatı” maddələri ilə təqsirli bilinərək güllələnib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam