Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Tanınmış şair şantaj ittihamı ilə həbs olundu?

 

Şair Saday Şəkərlinin həbsini Baş Prokurorluq təsdiqləyib.

Xeberinfo.com:   Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, S.Şəkərli Vergilər Nazirliyinin vəzifəli şəxsinin müraciəti əsasında həbs olunub. Məlumatda vəzifəli şəxsin adı açıqlanmır. Lakin bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edən həmin şəxs S.Şəkərlinin ondan barəsində kütləvi informasiya vasitələrində ifşaedici məlumatlar yayma hədəsi ilə pul tələb etdiyini göstərib.

“Araşdırmalar zamanı Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiyavasitələrində ifşaedicionu nüfuzdan salanuydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulualmasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda  üzrə zəruri istintaqəməliyyat tədbirləri davam etdirilir”, – deyə rəsmi məlumatda bildirilir.

***

Tanınımş şair Saday Şəkərli həbs olunub. Bu barədə “Azadlıq” qəzetinə şairin yaxınları məlumat verib. Məlumatda deyilir ki, dekabrın 22-də şairin tənqidi məzmunda olan “Qurd ürəyi” adlı romanı işıq üzü görüb. Dekabrın 23-də isə ona zəng vurub, Vergilər Nazirliyinə çağırıblar. Məlumata görə, nazirliyinin zəng edən əməkdaşı S.Şəkərliyə “sənə nə pislik etmişik, bizim adımızı hallandırmısan?” deyə irad da tutub. Vergilər Nazirliyinə gedən S.Şəkərlini isə orada Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və DİN əməkdaşları həbs edib. KQMİ-nin əməkdaşları Binəqədi rayon məhkəməsinin qərarı ilə şairin evində axtarış da aparıblar.

Şairə Cinayət Məcəlləsinin 182.2.3 – hədə-qorxu ilə tələb etmə, dəfələrlə törədildikdə, zor tətbiq etməklə törədildikdə (əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham elan olunub.

Evində axtarış zamanı isə kitabları və notbuku götürülüb.

Yaxınlarının bildirdiyinə görə, dekabrın 24-də S.Şəkərlinin evində təkrar axtarış aparılıb. Onlar şairin “Qurd ürəyi” kitabının evdə qalan nüsxələrini də götürüblər.

Vəkil Bəhruz Bayramovun bildirdiyinə görə, evdə axtarış aparılarkən S.Şəkərli özü məhkəmə qarşısına çıxarılıb və maddəsi daha da ağırlaşdırılıb. Məhkəmə onu hədə yolu ilə xüsusilə külli miqdarda pul tələb etmə (eyni əməllər zorakılıqla törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Şair məhkəmədə həbsinin siyasi sifariş olduğunu və buna etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.

Mövzunu diqqətdə saxlayacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam