Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Tanınmış şair həbs olundu

 

İki gün öncə tanınımş şair Saday Şəkərli DİN əməkdaşları tərəfindən həbs olunub. 

Xeberinfo.com:   Məlumata görə, baş verənlərlə bağlı Türkel Azərtürk öz “facebook” statusunda bunları yazıb: “Utanmırlar, həya eləmirlər. Bütün dünya bunlardan günahsız insanları azad etməyi tələb etdiyi bir vaxta, bunlar represiyanı daha da kəskinləşdirirlər. Dünən şair  Saday Şəkərlinin  tənqidi mövzuda yazdığı “Qurd ürəyi” adlı romanı işıq üzü görüb. Bu  gün isə saat  17:00 radələrində Saday Şəkərliyə zəng gəlib. Vergilər Nazirliyinin zəng edən əməkdaşı ona “sənə nə pislik etmişik, bizim adımızı hallandırmısan?” sualından sonra, onu məsələni aydınlaşdırmaq üçün Vergilər Nazirliyinə dəvət edib. O, Vergilər Nazirliyindəcə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və DİN əməkdaşları tərəfindən həbs edilib. KQMİ-nin əməkdaşları Binəqədi rayon məhkəməsinin qərarı ilə şairin evində axtarış aparıblar. Maraqlısı odur ki, Cinayət Məcəlləsinin 182.2.3 – hədə-qorxu ilə tələb etmə, dəfələrlə törədildikdə, zor tətbiq etməklə törədildikdə (əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə ittiham olunan şairin evindən axtarış nəticəsində ittihama aidiyyatı olmayan şairin kitabları və notbuku götürülüb. Bu da onu göstərir ki, o, konkret cinayət yox, siyasi sifariş əsasında şərlənərək həbs edilib”.

Mövzunu diqqətdə saxlayacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam