Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Nardaranda növbəti əməliyyat: Daha 2 nəfər saxlanıldı

 

44473

Sabunçu rayonunun Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti dəfə əməliyyat keçirilib. 

Xeberinfo.com:   Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qəsəbədə iki mənzildən xeyli sayda silah tutulub.

Əməliyyat Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi, Çevik Polis Alayı, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi, Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib. Əməliyyat zamanı Nardaran qəsəbə sakini, 1998-ci il təvəllüdlü Hümbətov Balaəli Tasim oğlunun yaşadığı evin zirzəmisindən 2 ədəd 16 aklibir patron və 1 ədəd ov bıçağı, qəsəbə sakini, 1966-cı il təvəllüdlü Bünyatov Sərdar Zeynalabdin oğlunun yaşadığı evin həyətindən isə 36 ədəd tapança patronu aşkar edilib. Faktla bağlı iki nəfərin saxlanıldığı deyilir.

Sabunçu Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər və hazırda əməliyyatın davam etdirildiyi bildirilib. Məlumata görə, hazırda Sabunçu rayonunun hüquq-mühafizə orqanlarının rəhbər işçiləri Nardaran qəsəbəsindədir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam