Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Prorektor vəfat etdi

 

Bu gün səhər saatlarında Bakıda universitet prorektoru vəfat edib. 

"xeberinfo.com": Məlumata görə, Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru Natiq Yusifov uzun sürən xəstəliyindən sonra dünyasını dəyişib. Bu barədə universitetin professoru Afaq Əliyeva məlumat verib. Afaq xanım açıqlamasında bildirib ki, Natiq Yusifov uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

      O, Almaniyada müalicə olunmuşdu. Arada yaxşı idi. İşdə də problemsiz işləyirdi. Sonradan qəfil halı pisləşib. Eşidəndə çox pis oldum”, - deyə Afaq Əliyevə bildirib.

       Qeyd edək ki, Natiq Yusifov 1948-ci ildə Qəbələ rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsinə İngilis və Azərbaycan Dillər ixtisasına qəbul olunub, 1971-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib.

      İnstitut Elmi Şurasının qərarı ilə 1971-ci ilin sentyabrından İngilis dili kafedrasının müəllimi vəzifəsinə işə qəbul olunub. 1973-cü ildə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində davam etdirib.

1975-1978-ci illərdə həmin institutun aspiranturasında German Dilləri ixtisası üzrə təhsil alıb və 1985-ci ildə Pyatiqorsk Dövlət Xarici Dillər İnstitutunda German Dilləri ixtisası üzrə “İngilis dilində səs təqlidi sözlərin struktur-semantik təhlili” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1986-cı ildə 1№li Leksika kafedrasının dosenti seçilib. 1990-2009-cu illərdə İnstitutun İngilis dilinin Leksikologiyası kafedrasının müdiri, 2009-2010-cu illərdə İngilis dili fakültəsinin dekanı vəzifələrinə müsabiqə yolu ilə seçilib.

2000-ci ildən indiyədək Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsini tutub.

45-dən çox elmi məqalənin, dərsliyin, fənn proqramlarının, monoqrafiyanın müəllifidir.

1998-ci ildən indiyədək həm də Azərbaycan Dillər Universitetinin İngilis dilinin Leksikologiyası kafedrasında pofessor idi.

Üç övladı var.

Allah rəhmət eləsin!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam