Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Azəryolservis” ASC “Azərinşaat”la əməkdaşlıqdan imtina edib

26cf184f-cc07-4ce3-82ad-94e8e3c81a5f_292

 

Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Masallı-Astara yolunun A hissəsinin tikintisi ilə bağlı tapşırıq “Azərinşaat” MMC-dən alınıb.

Xeberinfo.com:   “Report”un “Azəryolservis” ASC-dən əldə etdiyi məlumata görə, “Azərinşaat”la bağlanmış müqavilənin müddəti bu ilin iyunun 30-da başa çatıb və şirkət öz öhdəliyini tam yerinə yetirməyib.
“Bağlanmış müqaviləyə əsasən, “Azərinşaat” 22 km-lik yolun tikintisini həyata keçirməli idi. Həm onlar öz öhdəliklərini yerinə yetirməyiblər, həm də bağlanmış müqavilənin vaxtı bitib. İlkin podrat müqaviləsinə xitam verilib və tender vasitəsi ilə həmin hissənin tikintisi başqa şirkətə veriləcək”, – deyə “Azəryolservis”dən bildirilib.
“Azəryolservis” rəsmisi tenderin keçiriləcəyi vaxtın hələ dəqiq bəlli olmadığını və magistral yolun digər hissələrinin tikintisi ilə bağlı işlərin plana uyğun getdiyini açıqlayıb.
Qeyd edək ki, yolun inşası Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam