Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Özünüzü yandırmayın”

 

     "xeberinfo.com": Baş vermiş hadisə ilə bağlı “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri birgə müraciət yayıblar. 
“Ötən il, dekabrın 25-də 2-ci qrup Qarabağ qazisi Zaur Həsən oğlu Həsənov ona qarşı olan haqsızlığa etiraz əlaməti olaraq özünü yandırmaqla intihar etməsindən sonra daha 2 nəfər özünü yandırmış, digər 2 nəfər isə özünü yandırmağa cəhd etmişdir. Dünən Sumqayıt şəhərində 1-ci qrup Qarabağ əlili Məcidov Malik özünü yandırmağa cəhd edib. Xoşbəxtlikdən ətrafdakı insanlar Qarabağ qazisinin özünü yandırmasına mane olublar.
Biz bütün Qarabağ qazilərinə, döyüşçü dostlarımıza müraciət edirik:
Özünüzü yandırmayın, biz sizin problemlərinizi, ağrı-acılarınızı çox yaxşı başa düşürük, amma bunların həlli üçün intihar çıxış yolu deyil. Zaur Həsənovun özünü yandırmaqla intihar etməsindən sonra Qarabağ əlillərinin problemlərinin effektli həlli istiqamətində dövlət orqanları ilə çox ciddi işlər aparılır. Bu qəbildən olan insanların problemlərinin həlli ilə bilavasitə məşğul olan nazirlik və digər struktur rəhbərləri ilə gözlər başlayıb. Bütün Qarabağ əlillərinin, şəhid ailələrinin, veteranlarının həyatına müsbət təsir edəcək daha konkret işlərin görülməsinin müzakirəsinə başlanıb. Görüşlər və müzakirələr davam edir. Belə bir məqamda problemlərinizə görə özünüzə qıymayın.
Ölkəmizdə fəaliyyət göstərən bütün televiziya və radiolardan, o cümlədən kütləvi informasiya vasitələrinin rəhbərlərindən, əməkdaşlarından xahiş edirik ki, müharibənin od-alovundan taleyin qisməti ilə sağ, amma əzalarını-sağlamlıqlarını itirərək yarımcan çıxmış qazilərimizin özlərinə qıymamaları üçün bizlərə informasiya dəstəyi versinlər.
Müraciəti “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin rəhbərləri Etimad Əsədov və Firudin Məmmədov imzalayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam