Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Abid Şərifov həbs olunan komitə sədrini azadlığa buraxdırdı

 

Oktyabrın 22-də “Sovetski”də keçrilən etiraz nümayişi zamanı saxlanılan sakinlərin hüquqlarını müdafiə komitəsinin sədri Namiq Quliyev bu gün azadlığa buraxılıb.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə musavat.com-a komitənin sədr müavini Mirməmməd Aslanov məlumat verib. 
Xatırladaq ki, oktyabrın 22-də Çingiz Mustafayev və Abdulla Şaiq küçələrində yaşayan sakinlərlə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri arasında insident yaşanmışdı. Bu zaman Namiq Quliyev polis tərəfindən saxlanmışdı. Məhkəmə onun haqqında 10 sutka həbs cəzası çıxarmışdı.
Qeyd edək ki, N.Quliyevin həbsinə səbəb icra nümayəndələrinin Sahibə adlı sakinin evini sökülməsi olmuşdu. O, İH nümayəndələrinin kimsəsiz qadının evini sökmək cəhdlərinə etiraz etdiyi üçün saxlanılıb.
Namiq Quliyev həbs olunduqdan sonra komitənin sədr müavini Mirməmməd Aslanov başda olmaqla “Sovetski” ağsaqqalları baş nazirin müavini Abid Şərifovun qəbulunda olublar və baş verən hadisə ilə bağlı ona məlumat veriblər
Musavat.com-a danışan Mirməmməd Aslanov baş verənləri belə izah edib: “Namiq Quliyev həbs olunduqdan sonra “Sovetski” camaatı narazılığını bildirmək üçün toplaşmaq istədi. Camaatı birtəhər sakitləşdirdik. 17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəd İlhamiyyə Rza ilə görüşdük, sağ olsun, problemimizi dinlədi və bizi lazımı yerlərə yönəltdi. Sonra Yasamal Rayon Polis İdarəsinə getdik. İdarənin rəisi bizi yaxşı qarşılaşdı və problemin həll olunacağını dedi. Buna baxmayaraq, baş nazirin müavini Abid Şərifovun da qəbulunda olduq. O, Namiq Quliyevin həbs olunmasını pislədi və camaat tərəfindən seçilmiş sədrin həbsinin düzgün olmadığını dedi. Baş nazir camaatın narazılığının qarşısını almaq üçün komitə sədrinin tezliklə azad olunacağını bildirdi. Bir neçə saatdan sonra Namiq Quliyevin məhkəməsi keçirildi və məhkəmənin qərarı ilə o, əfv olundu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam