Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sabiq nazirin qudası da həbs edildi

 

Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev həbs edilib.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə məlumatı Qaynar.info-ya hakimiyyət daxili mənbələrdən verilib.

Mənbə bildirir ki, həbsə səbəb dünən prezident İlham Əliyevin imzaladığı sərəncam olub. Beləki prezidentin imzaladığı sərəcamla milli təhülkəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib.

Hakimiyyət daxilində də bu qərar çaşqınlıq yaradıb. Mənbə qeyd edir ki, Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra eks nazirin qudası Cahangir Hacıyev həbs edilib. 

Məlumat üçün qeyd edək ki, Eldar Mahmudovun oğlu ilə Cahangir Hacıyevin qızının toyu 2012-ci ilin noyabrda baş tutub.

Cahangir Hacıyevin indiyə kimi həbs olunmamasına səbəb Eldar Mahmudov göstərilirdi. Beləki Eldar Mahmudov şəxsi nüfuzundan istifadə edərək, qudasını həbsdən yayındıra bilmişdi. 

Dünən isə məlum sərəncamdan sonra DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsin əməkdaşları (Bandotdel) əməliyyat keçirib. Və Cahangiz Hacıyev həbs edilib.

Cahagir Hacıyev "Maliyyə Xəyanəti"ndə suçlanırdı. Onun adı Beynəlxaq Bankın sədiri olduğu zaman yaxın ətrafına milyonlarla dolar civarında kreditlər verməsi və bir sıra oliqarxların çirkli pullarının yuyulmasında adı keçirdi. 

Mənbə son olaraq bildirir ki, yaxın saatlarda məlumat rəsmi təsdiqini tapacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam