Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Hacı İbrahimdən 1,5 milyon manat vergi borcu tutuldu

 

“Avesta” Konserni ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti arasında məhkəmə çəkişməsi davam edir.

"Xeberinfo.com":    “Report”a istinadən xəbərə görə, Ali Məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. “Avesta” Konserninin sahibi İbrahim Nehrəmli məlumatı təsdiqləyib. O, vergi borcunun “Khazar İslands” layihəsi ilə bağlı olduğunu deyib: 


“Həmin layihə çərçivəsində biz 500 hektar su altında olan torpaqların 37 hektarını doldurmuşuq. Həmin 37 hektar torpaq artıq su altından çıxıb. İstifadəli sahə olduğu üçün buna vergi vermək qanunda göstərilib. Lakin su altında olan torpaqlara vergi düşmür. Lakin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti su altında olan torpaqlara görə də bizdən vergi tutub. Biz də onları məhkəməyə vermişik. Burada sadəcə anlaşılmazlıq olub. Məhkəmə bunu həll edəcək. Dediyim kimi, vergi qanunvericiliyinə əsasən, su altında olan torpaqlara vergi tutulmur. Biz bunu əsas götürərək nazirliyin departamentini məhkəməyə vermişik.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti bizim şirkətdən 3 il ərzində 1 milyon 500 min manat pul tutub. Biz də onlara dedik ki, bu yalan olar, burada vergi məbləği 100 min manat olmalıdır. 1,4 milyon pul isə artıq ödəmədir. Həmin pulları başqa borclarımıza yönəldəcəyik”.

Xatırladaq ki, “Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyinin Bakı Vergilər Departamentini məhkəməyə verib. Şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam