Redaktor seçimi
Sumqayıt bulvarında yarım hektar ərazi kimə satılıb?-
“Azərenerji”-nin prezidenti ilə bağlı daha bir ilginc olay:
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Günün xəbəri

Sentyabrda cəbhədə 20 erməni hərbçi öldürülüb

 

Bu ilin sentyabr ayında erməni silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 828 dəfə pozub.

 

"Xeberinfo.com":    APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb. 

Sentyabr ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Bu istiqamətində atəşkəsin 229 dəfə pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə (171 dəfə) Füzuli rayonu gəlir.

Qarabağ cəbhəsi üzrə sentyabrda Tərtər rayonu istiqamətində atəşkəs 83, Xocavənd rayonu istiqamətində 58, Cəbrayıl rayonu istiqamətində isə 51 dəfə pozulub.

Cəbhə xəttində gərginlik yaradan Ermənistan ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 104, Tovuz istiqamətində 24, Gədəbəy rayonu istiqamətində 27, Qazax rayonu istiqamətində 59, Göygöl rayonu istiqamətində 15, Ağstafa rayonu istiqamətində isə 7 dəfə pozub.

Ötən ay erməni silahlı bölmələrinin diversiya qrupunun 2 üzvü, habelə, 18 hərbi qulluqçusu öldürülüb. Düşmənin çoxlu sayda yaralısı olub.

Sentyabrda Azərbaycan Silahlı Qüvvələri də itki verib. Hərbi qulluqçular Məmmədov Elşən Vaqif oğlu, Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub. 

Daha 3 hərbi qulluqçumuz isə yüngül qəlpə yaraları alıb.

Ötən ay Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı da zərərsizləşdirilib. Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus, ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Qeyd edək ki, avqust ayında erməni silahlı bölmələri atəşkəs rejimini 836 dəfə pozmuşdu.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    Saytımızı bəyəndiniz?