Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Ölən zəvvarlar arasında mənim naibim yoxur"


“Səudiyyə Ərəbistanında, Həcc ziyarəti zamanı ölən zəvvarlar arasında mənim naibim yoxur”.

"Xeberinfo.com":   Məlumata görə, bunu “Report”a deputat Qalib Salahzadə deyib.
O, naibinin səhhətinin yaxşı olduğunu bildirib: “Mənim naibim bütün respublikada tanınmış adamdır. Hər gün iki dəfə naibimlə əlaqə saxlayıram. O, mənim əvəzimə ziyarəti davam etdirir, əsas vacib əməlləri yerinə yetrib. Səhhətində də heç bir problemi yoxdur”.
Qeyd edək ki, Q.Salahzadə Həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıdıb. Ziyarəti davam etdirmək üçün isə naib tutub.
O, 27 saylı Sabunçu ikinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının deputatıdır. YAP-ın noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər üzrə deputatlığa namizədlərinin siyahısında onun adı yoxdur. Bəzi saytlar Q.Salahzadənin həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtmasını adının namizədlər siyahısında olmaması ilə əlaqələndirib. Deputat bildirib ki, həcc ziyarətini yarımçıq qoyaraq Bakıya qayıtması adının YAP-ın namizədləri siyahısına düşməməsi ilə bağlı deyil.
Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qudasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam