Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ATƏT seçkiləri müşahidə etməyəcək

 

ATƏT DTİHB-in rəhbəri: “Azərbaycan tərəfin qoyduğu tələb bizi seçkilərin müşahidəsini aparmaqdan imtinaya məcbur etdi”

"Xeberinfo.com":   Məlumata görə, ATƏT Azərbaycanda qarşıdan gələn parlament seçkisini müşahidə etməkdən imtina edir. Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Mixail Link bəyanat verib.

Onun bəyanatında deyilir ki, Azərbaycan hakimiyyətinin ölkədə noyabrın 1-də keçiriləcək seçkiləri müşahidə edəcək şəxslərin sayı ilə bağlı məhdudiyyət qoyması bu prosesin müşahidəsini mümkünsüz edir. “Azərbaycan hakimiyyətinin müşahidəçilərlə bağlı irəli sürdüyü məhdudlaşdırıcı tələb keyfiyyətli şəkildə seçki müşahidəçiliyinə imkan vermir. Dərin təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan tərəfinin qoyduğu tələb bizi seçkilərin müşahidəsini aparmaqdan imtinaya məcbur etdi. Azərbaycan hakimiyyətinin müşahidəçilərin sayı ilə bağlı məsələdə təkid etməsi ölkənin ATƏT qarşısında seçkilərlə bağlı götürdüyü öhdəliklərə, eyni zamanda Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə mandatının prinsiplərinə ziddir”, – deyə bəyanatda bildirilir.(Azadliq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam