Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qanunsuz fəaliyyət göstərən dörd aptek aşkarlandı

 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yaradılmış Laborator tədqiqatlar şöbəsi son bir neçə ay ərzində 6 preparatın seriyasında normativ sənədlərin tələblərinə cavab verməmə faktı aşkarlayıb və satışına icazə verməyib.

 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə “Report”a Səhiyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, əczaçılıq nəzarətinin əsas və vacib istiqamətlərindən biri topdan və pərakəndə satış əczaçılıq müəssisələrinə nəzarətdir: “Bu məqsədlə, Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət (İnspeksiya) şöbəsi mütəmadi olaraq planlı və plandan kənar yoxlamalar həyata keçirir. Plandan kənar yoxlamalar əsasən qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olan müraciət və şikayətlər əsasında aparılır. Bu il ərzində 84 aptekdə reydlər aparılıb. Nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1 bəndinə uyğun olaraq protokollar tərtib edilıb. Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin lisenziyası alınıb, bir aptekin fəaliyyəti dayandırılıb. Cəmi, yoxlamalar zamanı, bazardan 361 adda (1370 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub”.
Məlumata görə, Analitik Ekspertiza Mərkəzində əhalinin müraciət və şikayətlərinə də diqqətlə baxılır. Qeyd etmək lazımdır ki, əgər əhali arasında dərman preparatına dair hər hansı bir şübhə yaranarsa bununla bağlı AEM-ə müraciət edə bilərlər. Son bir necə ay ərzində 10 belə şikayətə baxılmışdır. 2 halda aptek müəssisəsində tələblərə cavab verməyən dərman preparatının satışı aşkar edilib. Faktla bağlı lazımi tədbirlər görülüb.
Qaydaya əsasən həkimlər və istehsalçılar dərman vasitəsinin istifadəsi zamanı istifadə təlimatında göstərilməyən, yaranan bütün əlavə təsirlər haqda məlumat verməlidirlər. Xəstələr üçün də məlumat formaları hazırlanıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam