Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Ramiz Novruz teatrın kollektivi qarşısında üzr istəsə, onu bağışlayaram”

 

“Bizim aramızda dava teatrın direktoru İsrafil İsrafilov məsələsinə görə olmayıb. Bu barədə deyilənlər tamamilə yanlışdır”.

 

"Xeberinfo.com":   Məlumata görə,  bunu APA-ya Azərbaycanın xalq artisti Ramiz Məlik deyib. Onun sözlərinə görə, həmkarı, xalq artisti Ramiz Novruzla aralarındakı mübahisəyə səbəb Yuğ Teatrının rejissoru Gümrah Ömərin Akademik Milli Dram Teatrının kollektivini təhqir etməsi olub: “Ramiz Novruz Gümrah Öməri müdafiə etmişdi. Biz də dedik ki, o, nəyə görə öz sənət dostlarını yox, teatrı təhqir edən adamı müdafiə edir? O da dedi ki, düz edib. Mən Ramiz Novruzla normal söhbət edirdim, o isə qadını, qızı ortalığa qoydu, söyüş söydü və gözləmədiyim anda mənə yumruq atdı. Mən polisə şikayət etmişəm, polis araşdırsın, hüquqi qiymət versin”.

 

R. Məlik əlavə edib ki, hadisə baş verəndə onların yanında xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı, əməkdar artist Sabir Məmmədov və başqaları olub.

 

Xalq artisti Ramiz Novruz APA-ya baş verən hadisəyə görə həmkarından üzr istəməyə hazır olduğunu bildirib.

 

Həmkarının üzr istəyib bağışlanmasını xahiş etməsinə Ramiz Məlikin münasibəti belə olub: “Ramiz Novruz Akademik Milli Teatrının kollektivinin qarşısında üzr istəsə, onu bağışlayacağam. Bu, yalnız ikimiz arasında olan məsələ deyil. Teatr tək mənim deyil, bütün xalqındır və o teatrda Azərbaycanın böyük sənətkarları çalışıb. Ona görə də Ramiz Novruz teatrın kollektivinin qarşısında üzr istəsə, onu bağışlayaram”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam