Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakı-Şamaxı magistralında ağır qəza

 

 

  Kəskin dumanlı hava şəraiti ağır yol qəzasına səbəb oldu.

   "xeberinfo.com"nun əldə etdiyi məlumata görə, bu gün saat  Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində ağır yol-qəza hadisəsi qeydə alınıb. Bakı-Şamaxı magistralının 69-cu km-də Bakıdan Göyçay istiqamətinə gedən "VAZ 2105" markalı avtomobil qarşı tərəfdən gələn "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində, "VAZ 2105"-də olan Göyçay şəhər sakini, 1981-ci il təvvəllüdlü Məmmədov Rəşad dünyasını dəyişib. Həmin maşında olan 1958-ci il təvəllüdlü Əzimov Eldar Yunis oğlunun da ağır yaralandığı bildirilir. "Mercedes"də olan iki nəfər - 1955-cil təvəllüdlü Məmmədova Dünya Cəlal qızı və Məmmədova Rəqibə isə ağır bədən xəsarətləri alıblar. Toqquşma nəticəsində xəsarət alanlar Qobustan rayon xəstəxanasına çatdırılıb, lakin hər üç yaralının vəziyyətlərinin ağır olmasına görə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

 

    Faktla bağlı araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam