Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Generalın keçmiş arvadını xaricə qaçıranlara ağır cəza verildi

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gülnarə Şəkinskayanın və övladlarının sərhədi qanunsuz keçmələrinə köməklik göstərməkdə, saxta sənədlər düzəltməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Xeberinfo.com":   Virtualaz.org saytının prosesi izləyən müxbirinin verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə görə, təqsirləndirilənlərdən Namiq Camalova 8, Pənah Dadaşov və Raqub İsbəndiyarovun hər birinə 3 il, digərlərinin (Saçlı Həsənova, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovun) şərti cəza verilib.
Qeyd edək ki, ittiham aktına görə, təqsirləndirilən şəxslər Saçlı Həsənova, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov, Pənah Dadaşov və Ənnab İsgəndərovadır.

Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər. Bu məqsədlə G. Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.
Cinayət işi üzrə təqsirləndirilən şəxslər – Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub. Onların cinayət işi ayrıca icraata verilib. Hazırda həmin cinayət işi üzrə ibtidai istintaq aparılır.
Qeyd edək ki, Emin Şəkinski Azərbaycan Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin rəisidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam