Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Leyla Şıxlinskaya klinikası bağlanır

 

Bakının ən məşhur klinikalarından biri – Leyla Şıxlinskaya klinikasının bağlanması ilə bağlı xəbər yayılıb. Klinikaya növbəti fəaliyyəti üçün lisenziya verilmədiyi və buna görə də həkim heyətinin başqa müəssisələrdə iş tapdığı bildirilir.

 "Xeberinfo.com":   Lakin klinika yayılan məlumatı təkzib edir. Klinikadan publika.az-a verilən məlumata görə, hazırda tibb müəssisəsində təmir getdiyindən xəstə qəbul edilmir:

 

“Klinika bağlanmayıb. Burada təmir işləri aparılır və yalnız vəziyyəti ağır olan xəstələr qəbul edilir. Təmir bitdikdən sonra klinika əvvəlki qaydada işləyəcək. Təmirin nə vaxt yekunlaşacağını bilmirik”, - deyə klinikadan bildirdilər.

 

Qeyd edək ki, milli.az-ın məlumatına görə, Leyla Şıxlinskaya klinikası lisenziya verilmədiyinə görə fəaliyyətini dayandırıb. Əsasən ginekoloji sahə üzrə məşhurlaşan L.Şıxlinskaya kilinikasının tanınmış ginekoloq və uşaq həkimləri müxtəlif vaxtlarda paytaxtın başqa tibb müəssisələrinə keçiblər. Bundan başqa, Bakıda fəaliyyət göstərən bir neçə klinikaya lisenziya verilmədiyindən fəaliyyətini dayandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam