Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“AAAF Park”da ölümcül poliuretan təhlükəsi

 

Mayın 19-da Binəqədi rayonundakı yaşayış binasında baş vermiş yanğının acı nəticələri hələ də yaddaşlardan silinməyib və çətin ki, silinsin də...

"Xeberinfo.com":   Lakin görünür, bəzi “işbazlar” bu hadisəni ya unudublar, ya da bizneslərinə zərər gəlməməsi üçün insan həyatını heçə sayırlar. 
Məlum olduğu kimi, 16 nəfərin faciəli ölümü ilə nəticələnən yanğına binada üzlük kimi istifadə edilən penoplast materialı səbəb olmuşdu. Və bu faciədən sonra prezident İlham Əliyevin göstərişi ilə penoplast üzlüklərinin kütləvi şəkildə sökülməsinə başlanıldı. 
Lakin bəzi tikinti şirkətləri hələ də bu təhlükəli materialdan yararlanır.
Məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində salınan “AAAF Park” yaşayış kompleksində bəzi binalarda 2 binanın yanmasına, 16 insanın ölümünə, onlarla insanın yaralanmasına səbəb olan penoplast materialından hələ də istifadə olunur.  
Bu, həmin binalarda mənzil alanların narazılığına səbəb olsa da şirkət rəhbərliyi qərarını dəyişməyib. 
Həmin kompleksə yollanan aznews.az-ın əməkdaşı parkda tikilən binaların xeylisinin bu üzlüklərlə örtüldüyünü müşahidə edib. Ustaların verdiyi məlumata görə, məlum faciədən sonra park ərazisində tikilən binaların demək olar ki, hamısı məhz bu materiallarla üzlənilir. Onlar bunu penoplastlara qadağa qoyulduqdan sonra bunun çox ucuz başa gəlməsi ilə əlaqələndiriblər. 
“AAAF Park”ın Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Lalə Bağırova məlumatı təstiqləyərək təxminən 3 binada üzlük kimi penoplastdan istifadə edildiyini bildirib. 
O, prezidentin məlum göstərişindən sonra binanın üzlüklərinin niyə sökülmədiyi barədə suala belə cavab verib: “Bizə bu materialların sökülməsi ilə bağlı heç bir rəsmi məlumat gəlməyib”. 
Departament rəhbəri qeyd edib ki, Binəqədidəki yanğın hadisəsindən sonra Fövqəladə Hallar Nazirliyi bu binalarda istifadə edilən penoplastları yoxlayıb və təhlükəsiz olduğunu bildirib. Lakin Lalə Bağırova bununla bağlı heç bir rəsmi sənədin olmadığını deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam