Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bəylər Əyyubov Ziya Məmmədova qarşı

 

Məlumata görə, prezidentin şəxsi mühafizə xidmətinin rəisi, Bəylər Əyyubova yaxınlığı ilə seçilən “Aqrartikinti” ASC-nin sədri, deputat Ağala Vəliyev “Azəryolservis”in rəhbərliyinə gətirilə bilər.

"Xeberinfo.com":   “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, “Azadlıq” prospektində yanan binanın təmirinin Ağala Vəliyevə tapşırılması onun üçün bir növ imtahandır.
Yəni, deputat bu işin öhdəsindən layiqincə gələcəyi təqdirdə onu mükafat olaraq “Azəryolservis”in sədri postu gözləyir. Məlumatda deyilir ki, hələ Cavid Qurbanov “Azəryolservis”in rəhbərliyindən çıxarılanda Bəylər Əyyubov onun yerinə Ağalar Vəliyevin təyin olunmasına çalışıb. Lakin həmin vaxt nəqliyyat naziri Ziya Məmmədov incə gedişlə generalın bu planının qarşısını ala bilib. “Ziya Məmmədov həmin postuna özünə 1asyaxın kadrı təyin etməyə çalışırdı. Lakin Bəylər Əyyubovun niyyətindən xəbərdar olduqdan sonra Saleh Məmmədovu irəli verdi. Saleh Məmmədov bitərəf kimi tanınır. Yəni, hər hansı məmurla sıx bağlılığı yoxdur. Lakin Saleh Məmmədovun da təyinatı baş tutmadı. O, müvəqqəti olaraq sədrin səlahiyyətlərini icra edir. Ziya Məmmədov hələ onun təyinatını reallaşdıra bilməyib. ”Azəryolservis” isə uzun müddət başsız qala bilməz. Ona görə də son günlər Bəylər Əyyubov yenidən fəallaşıb”, – deyə mənbə redaksiyamıza bildirib.
Məlumatda qeyd edilir ki, Ağalar Vəliyev “Azəryolservis” ASC-nin sədri təyin olunması Ziya Məmmədovun bu qurumu itirməsi demək olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam