Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Şamaxıda ağır qəza: 1 ölü, 3 yaralı

 

Şamaxı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Xeberinfo.com":   APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1970-ci il təvəllüdlü Ramik Məmmədovun idarə etdiyi avtomobil yolun ortasındakı dairəvi yol ötürücüsünə çırpılıb. Hadisə zamanı sürücü və sərnişinlər, Qəbələ sakinləri 1966- cı il təvəllüdlü Leyla Ağayeva, onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Ədalət Bağırov müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı ağır bədən xəsarəti alan 1973-cü il təvəllüdlü Elnarə Bağırova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sərnişinlərin sözlərinə görə hadisəyə səbəb sürücünün sükan arxasında qəflətən yuxuya getməsi olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam