Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bələdiyyə sədri qətl törətdi – TƏFƏRRÜAT

 

Sədr kənd sakinlərinə torpaqlarını suvarmağa imkan verməyən qohumunu öldürdü.
"Xeberinfo.com":    Yevlax rayonunda qətl hadisəsi baş verib. Yevlax Rayon Prokurorluğundan anspress- ə verilən məlumata görə, hadisə rayonun Yuxarı Qaxun kəndində olub.
Kənd sakini 1952-ci il təvəllüdlü Famil Kamil oğlu Qədirov aralarında yaranan münaqişə zəminində öz əmisi oğlu, həmin kəndin sakini olan Sənan Şamil oğlu Qədirova qoşalülə ov tüfəngindən atəş açıb.
Hadisə suvarma suyu üstündə baş verib. Belə ki, öldürülən şəxs S. Qədirov kəndə gələn suyu öz pay torpağına istiqamətləndirərək heç kəsin öz torpağını suvarmasına imkan verməyib. Bundan hiddətlənən kənd camaatı bələdiyyə sədrinə şikayət ediblər.
Bunu görən sədr kənd sakinlərinin öz torpaqlarını suvarmalarına imkan verməyən əmisi oğlunun yanına gəlib və ona hərəkətinin düzgün olmadığını izah edib.
Lakin onlar arasında mübahisə yaranıb. Elə bu zaman F. Qədirov özü ilə gətirdiyi ov tüfəngindən S. Qədirova atəş açıb. Sənan Qədirov aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
Hadisədən sonra K. Qədirov könüllü olaraq Yevlax Rayon Polis Şöbəsinə gələrək təslim olub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 ( qəsdən adam öldürmə maddəsi) ilə cinayət işi açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam