Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Generalın oğlu “avtoşluq” etdi-Daha bir polis işdən qovuldu

 

Dünən axşam saatlarında kobud qayda pozan sürücü ilə yol polisi arasında dava düşüb.

"Xeberinfo.com":   AzNews.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Cavanşir Lətif oğlu Qasımov avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayaraq, ondan sənədləri tələb edib. Bu zaman o, sənəd əvəzinə ağır söyüşlər “alıb”. Bundan əsəbiləşən polis əməkdaşı daha ağır ifadələrlə sürücünü təhqir edib və tərəflər arasında dava düşüb.

Yalnız ətrafdakıların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Sonda sürücü sənədlərini təqdim etmədən ərazini tərk edib. Yol polisi səhər işə gəldikdə sürprizlə qarılaşıb. Məlum olub ki, axşamkı hadisəyə görə onu işdən azad ediblər. O da məlum olub ki, saxladığı sürücü general, Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıqovun oğludur.

Məlumat üçün bildirək ki, N.Sadıqovun iki oğlu var.

Kiçik oğlu Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. Böyük oğlu isə Xarici İşlər Nazirliyində çalışır.

Xatırladaq ki, oxşar hadisə bu gün Şamaxı rayonunda da baş verib. Məlumata görə, bu günlərdə Şamaxıya gedən Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb. Kərəm Həsənovu tanımayan polislər onunla kobud danışıb. Kərəm Həsənov yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Şamaxının yol polis rəisi Mübariz Fətəliyev işdən çıxarılıb.

Həmin şöbədə çalışan bir neçə əməkdaş da inzibati qaydada cəzalandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam