Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Putin Ermənistana hansı silahları göndərəcək?

 

İyunun 26-da məlum olub ki, Rusiya Ermənistana müasir silah almaq üçün 200 milyon dollar məbləğində güzəştli kredit verəcək.
"Xeberinfo.com":  Məlumata görə, bu barədə Ermənistan prezidenti Serj Sərkisyanla Rusiyanın nəqliyyat naziri, Ermənistan-Rusiya komissiyasının həmsədri Maksim Sokolovun rəhbərliyi ilə nümayəndə heyətinin İrəvan görüşündən sonra məlum olub.
“Saziş Ermənistan Silahlı Qüvvələrinin arsenalında müasir silahların çeşidinin xeyli genişləndirilməsinə imkan verəcək” – məlumatda deyilir.
Rusiyadakı qeyri-rəsmi mənbələrdən “Turan”a məlum olub ki, Moskva ilə İrəvan arasında hərbi-texniki əməkdaşlığın indiki mərhələsi hazırda regionda Azərbaycanın xeyrinə olan qüvvələr balansının bərabərləşdirilməsi məqsədilə kompleks təcili tədbirləri nəzərdə tutur.
Belə ki, strateji məsələləri effektiv həll etməyə qadir olan silahların tədarükü nəzərdə tutulur: hərbi əməliyyatlar zonasında hava hücumundan müdafiənin təminatı, xüsusi mobil bölmələrin yaradılması və s.
Bu cür texniki məsələrin həlli və təminatı üçün Ermənistana “Pansır-C” zenit raket-top kompleksi, “Tiqr” zirehli maşınları, ZTR-80, rabitə vasitələri, tank əleyhinə raket kompleksi, daşınan zenit-raket kompleksi və s. göndərilməsi planlaşdırılır.
Əldə olunan məlumatlara görə, bu silahların bir hissəsi artıq göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam