Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"Emin Hüseynovu Azərbaycandan gizli yolla çıxarıblar"

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, uzun müddət İsveçrənin Azərbaycandakı səfirliyində saxlanılan Emin Hüseynovun ölkədən çıxarılmasına münasibət bildirib.
"Xeberinfo.com":  Məlumata görə,  S.Novruzov "Report"a açıqlamasında deyib ki, Emin Hüseynovu Azərbaycandan gizli yolla aparıblar və onun ölkədən bu cür çıxarılması qanunsuzluqdur.
YAP icra katibinin müavini qeyd edib ki, RATİ rəhbəri Azərbaycandakı fəaliyyəti ilə bağlı qanun qarşısında cavab verməlidir: "İsveçrənin Azərbaycandakı səfirliyi Emin Hüseynovu uzun müddət gizlətdi. Ona verilən 1 milyon 500 min manat qrantın 160 min manatını vergiyə ödənilməli idi. Vergidən yayınma ağır cinayət hesab olunur. Bu maliyyənin bir hissəsini onu verən təşkilat mənimsəyib, müəyyən hissəsi də təyinatdan kənar, başqa istiqamətlərə-dövlət əleyhinə işlərin aparılmasına, kütləvi ixtişaşlara insanların cəlb edilməsinə xərclənib. Bu şəxsin izini itirməkdən ötrü neytral bir ölkənin-İsveçrənin səfirliyində saxladılar, sonra gizli yolla ölkədən apardılar. Emin Hüseynov siyasi baxışlarına görə təqib olunurdusa, İsveçrə ona siyasi sığınacaq verə bilərdi. Amma iqtisadi cinayət törədən şəxs səfirliyin binasında saxlanılırdısa, deməli, burada maraq başqa idi".
Qeyd edək ki, RATİ rəhbəri Emin Hüseynov bir neçə gün öncə saxlanıldığı İsveçrənin Azərbaycandakı səfirliyinin binasından çıxarılıb və o, İsveçrə xarici işlər naziri Didye Burkhalterin təyyarəsi ilə ölkədən aparılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam