Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Türkiyə və Azərbaycan Putinin ittifaqına üzv olacaq”

 

“Rusiya hər hansı ölkəni Avrasiya İqtisadi İttifaqının üzvü etmək üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olacağını təsəvvür etmək çətindir”. 

"Xeberinfo.com":  Məlumata görə, bunu Ermənistan mətbuatına müsahibəsində Rusiya Dövlət Dumasının keçmiş deputatı, Siyasi Tədqiqatlar İnstitutunun  direktoru Sergey Markov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsini şərh edərkən deyib. 

Ekspert bildirib ki, Rusiya Qarabağ probleminin nizamlanması üçün Azərbaycan və Ermənistan xalqı arasında güzəştə tədricən nail olunmasını istəyir. 

“Rusiya həmçinin genişmiqyaslı hərbi əməliyyatların başlanmamasına şərait yaradır”,-deyə o söyləyib. 

Politoloqun fikrincə, Qarabağ konfliktinin tənzimlənməsinin özünün spesifik məntiqi var və bu heç də Avrasiya İttifaqı ilə bağlı deyil.

Onun sözlərinə görə Azərbaycanın iqtisadi durumu yaxşı olduğuna görə heç Avrasiya İttifaqına üzv olmağı da düşünmür.

Rus analitik bununla belə proqnozlaşdırıb ki, yaxın 5 ildə Azərbaycan Türkiyə ilə birlikdə Avrasiya İttifaqına üzv olacaqlar.  “Düşünürəm ki, yaxın 5 il üçün bu, çox realdır. Əlbəttə, burada Ukrayna böhranı və bunun uğrunda aparılan böyük müharibənin nəticəsi ilə əlaqə qurmaq lazımdır”.   

 

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov “Rossiya 24” telekanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağı təqdirdə, Azərbaycanın Avrasiya İttifaqına üzv olmaq perspektivini istisna etməyib. 

 

Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam