Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Azərsutikinti” xəstəxanasında özbaşınalıq

 

Baş həkim Elman Mirzəyev Xarabalığa çevirlmiş “Azərsutikinti” xəstəxanasını şəxsi obyektinə çevirib

 

"Xeberinfo.com":  Azərbaycan səhiyyəsinin bugünkü durumu hər kəsə bəllidir. Heç kmə sirr deyil ki, insanların sağlamlığını və dövlətin sosial platformasını alver öbyektlərinə çevirən səhiyyə ocaqları sözün həqiqi mənasında can bazarıdır. İnsanların sağlamlığı üzərində qazanılan pullar isə, xəstəxanların baş həkimlərinin əsas gəlir mənbəyinə çevrilib. Üstəlik dövlət büdcəsindən xəstəxanalara ayrılan bütün vəsaitlər də məhz baş həkimlər tərəfindən mənimsənilir. Mənimsəmələrin həddini müəyyənləşdirmək üçünsə, hər hansı dövlət xəstəxansının qapısında içəri boylanmaq kifayətdir. Hər şey özü-özünə aydın olur.
İllərdir ölkənin müxtəlif tibb ocaqlarından daxil olan şikayətlər, vətəndaşların qarşılaşdıqları problemlər, haqsızlıqlar, həkim səhlənkarlığı nəticəsində baş verən ölüm hadisələri Səhiyyə Nazirliyinin məsullarını hərəkətə keçirmək üçün kifayət eləmir. Bir qayda olaraq nazirlik həkimlərin talanlarını və xəstələrə qarşı qəssab davranışlarnı ört-basdır etməklə məşğul olurlar. Bu gün elə bir dövlət xəstəxanası yoxdur ki, vətəndaşlarımız oradan şikayət etməsin. Dövlət tərəfindən xəstəxanalara ayrılan yuz min manatlarla vəsaitlərin isə mənimsənilməsi isə artıq ənənə şəklini alıb. Ən dözülməz isə dövlət tərəfindən vətəndaşlara pulsuz olaraq ayrılan 160 adda dərmanların baş həkimlər, poliklinika müdirləri tərəfindən özəl apteklərdə satılmasıdır. Ölkənin istənilən dövlət xəstəxanasında qəfil yoxlama aparılarsa vətəndaş üçün verilən 160 adda dərmanın 90 faizinin ortada olmadığı üzə çıxar. Çünki xəstəxanaların baş həkimləri Səhiyyə Nazirliyinin rəhbər şəxsləri ilə əlbir olaraq dövlət vəsaitini, əmlakının talamaqdan başqa heçnə bilmirlər. 
Bu gün ölkənin ən bərbad səhiyyə ocaqlarından biri isə “Azərsutikinti” xəstəxanası hesab olunur. AzFakt.com-un elektron poçtuna daxil olan şikayət məktubunda göstərilir ki, Bakı şəhəri Nizami rayonunu ərazisind, Babək prospekti 11 a, 2376-cı məhəllədə yerləşən “Azərsutikinti” xəstəxanası ölkənin ən bərbad səhiyyə ocaqlarından biridr. Belə ki, bu xəstəxana səhiyyə siteminin əsas korrupsiya yuvasına çevrilib. Bildirək ki, adı çəkilən səhiyyə ocağı keçmiş “AzərSutikinti” trestinin balansındadır, amma hazırda Səhiyyə Nazirliyin tabeçiliyində dövlət xəstəxanası kimi fəaliyyət göstərir. Xəstəxana binasının bir hissəsinə uzun illərdən bəri məcburi köçkünlərin məskunlşdığı deyilir. Baş həkim Elman Mirzəyev xəstəxanada acınacaqlı vəziyyətin məcburi köçkünlərin buraya məskunlaşması ilə əlaqələndirsə də, əslində məsələ başqadır. 
Şikayət məktubunda bildirirlər ki, xəstəxananın baş həkimi Elman Mirzəyev, Poliklinika şöbəsinin müdiri Tariyel Mirzəyev, Qəbul şöbəsinin müdiri Camaləddin İsgəndərov birləşərək əsl “korrupsiya” yuvası yaradıblar. Xəstəxananın uçub dağılmış otaqlarında baş həkim Elman Mirzəyevin rəhbərliyi ilə yaxşı qazanc əldə edilir. Burda yatan bütün xəıstələrdən gündəlik həkim heyyəti dəyişdikcə “rüşvət” yığılır. Buna görədə xəstəxanada heç kəs yatmır, gələnlərdə həkim müayinəsindən keçərək aradan “çıxamağa” çalışırlar. 
Saytımıza göndərilən məlumatda bildirilir ki, Səhiyyə Nazirliyi hər il “Azərsutikinti” xəstəxanasına dərman pereparatları və sarğı ləvazimatları verir. Xəstəxanaya hər il yüz min manatdan çox dərman və sarğı ləvazimatların verildiyi halda bu səhiyyə ocağındakı həkim otaqlarında bir dənə belə dərman pereparatına rast gələ bilməzsən. Baş həkim Elman Mirzəyevin gündəlik əsas qazancı UZİ, Rentgen və digər tibb aparatlarından yığdığı pullardır. Xəstəxanaya gələn və müayinədən keçmək istəyən istənilən vətəndaş ÜZİ aparatına düşmək üçün 15, RENTGEN aparatı üçün 15 manat pul ödəməsi mütləqdir. Həkimlər isə bir qayda olaraq ehtiyac oldu-olmadı xəstələri ora yönləndirilər. Bu baş həkimin birbaşa tapşırığı ilə həyata keçirilir. Həkimlər isə öz növbəsində hər xəstədən 20 manat alırlar.
Şikayətçimiz iddia edir ki, poliklinika şöbəsinin müdiri Tariyel Məmmədov həkimlərin yanına gələn xəstələrin siyahısn tutdurur. Bunun üçün xəstəxananın bir neçə tibb bacısı bu işlə məşğuldur. Poliklinika şöbəsinin müdiri hər ay həkimlərədən azı 300-500 manat arası “haqq” yığır. 
Ancaq xəstəxana və poliklinika şöbəsinin baş həkimlərinin əsas qazanc yerlərindən biri də vətəndaşlara saxta arayış verilməsidir. Məlumatda qeyd olunur ki, Belə ki, “Azərsutikinti” xəstəxanasının poliklinikasının baş həkimi Tariyel Məmmədovn istənilən vəətndaşa xəstəlik kağızını, bülletenləri verir. 
Qeyd edək ki, “Azərsutikinti” xəstəxanasındakı arayış maxinasiyaları və digər korrupsiya əməlləri ilə bağlı geniş yazımızı yaxın günlərdə oxucularımızın diqqətinə cəlb edəcəyik. 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
AzFakt.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam