Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Xədicə İsmayılın həbs müddəti uzadıldı

Nəsimi Rayon Məhkəməsi “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın həbs müddətini 3 ay artırıb.

"Xeberinfo.com":   Vəkil Fariz Namazlı Modern.az saytına bildirib ki, prosesdə Xədicə İsmayıl da iştirak edib: “Xədicə İsmayılın həbs müddəti mayın 24-də bitir. İstintaq yekunlaşmadığı üçün İstintaq İdarəsi məhkəməyə həbs müddətinin artırılması ilə bağlı vəsatət verib. Xədicə İsmayılın həbs müddəti avqust 24-nə qədər uzadıldı.

Məhkəməyə Xədicə İsmayılın həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verdik. Nəsimi Rayon Məhkəməsi vəsatətə mayın 15-də baxacaq”.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunur.

Bakı İstintaq Təcridxanasında saxlanan Xədicə İsmayılla əlaqədar başqa istintaq və məhkəmə işləri də var. Ötən il fevralın 17-də Xədicə İsmayıl “Facebook” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

Xədicə İsmayıl fevralın 17-də “Facebook”da yaydığı materiala görə məhkəməyə də çəkilib. Onu xalq hərəkatı fəalı Elman Türkoğlu məhkəməyə verib. Jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində Elman Türkoğlu qeyd edib ki, Xədicə İsmayıl “Facebook”da yaydığı materialla onun adını MTN-in agenti kimi hallandırıb, şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb.

Sonradan jurnalistə qarşı mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə yeni ittihamlar irəli sürülüb. “Amnesty İnternational” hüquq müdafiə təşkilatı Xədicə İsmayılı vicdan məhbusu elan edib.

 

Modern.az

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam