Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Azərbaycan elektrik enerjisi ixrac edəcək

 

Azərbaycan gələcəkdə 3 müxtəlif istiqamət üzrə elektrik enerjisini ixrac edə biləcək.

"Xeberinfo.com":   Məlumata görə, bunu Dunyaxeber.com-a Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) direktor müavini Cəmil Məlikov deyib. 

 

Onun sözlərinə görə, Xəzər akvatoriyasında küləyin böyük potensialından istifadə edilməsi Azərbaycana gələcəkdə elektrik enerjisinin iri ixracatçısına çevrilməyə imkan verəcək: "Buna doğru ilk addım Xəzər akvatoriyasında estakadalara əsaslanan külək elektrik stansiyalarının tikintisi olacaq. Gələcəkdə Azərbaycan bu elektrik enerjisini ixrac edə biləcək".

Mümkün ixracın istiqamətlərinə gəlincə, C.Məlikov qeyd edib ki, Azərbaycanın İran, Rusiya və Gürcüstan vasitəsilə yaxşı ixrac elektrikötürücü xətləri var: "Bu, elektrikötürücü xətlərlə istənilən istiqamətdə elektrik enerjisini ixrac edə bilərik. Məsələn, İran vasitəsilə onu Əfqanıstan, Pakistan, İraq, Suriyaya, Gürcüstan vasitəsilə Türkiyəyə, oradan isə Avropaya satmaq olar. Həmçinin, Rusiya vasitəsilə MDB ölkələrinə ixrac etmək mümkündür. Bundan başqa, Rusiyanın özü çox cəlbedici bazardır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam