Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Şəkinin sabiq icra başçısı həbs olundu

 

Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı Bakıda həbs olunub.

"Xeberinfo.com":  Virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, məhkəmə sabiq icra başçısı barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Bir çox tanınmış biznesmenlər kimi Murad Cabbarlının da adı “Cahangir Hacıyev işi”ndə keçir. O, Beynəlxalq Bankdan götürdüyü kreditləri mənimsəməkdə ittiham olunur.

M.Cabbarlı Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdən hesab olunur. M.Cabbarlı Şəkinin icra başçısı postuna da C.Hacıyevin dəstəyi ilə təyin olunmuşdu.

Məlumatda o da bildirilir ki, M.Cabbarlı C.Hacıyevin yaxından köməyi ilə Beynəlxalq Bankdan 200 milyon manata kredit götürmüşdü. Sabiq icra başçısı bu pula Şəkidə kərpic zavodu tikdirmişdi. Lakin bankdan götürülən pulların böyük hissəsi sabiq icra başçısı tərəfindən mənimsənilmişdi.

Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı ildə Bakıda anadan olub. Məmurluğa bir çoxları kimi kommersiya sahəsindən gəlib.

Şəki Şəhər İcra Hakimyyətinin başısı təyin olunana qədər - 2006-2008-ci illərdə “ADA-Mülkiyyət” MMC-nin direktoru vəzifəsində işləyib. 2008-ci ildə “Şəki Aqro İndastris” MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008-2010-cu illərdə “Şəki Kərpic” MMC-nin direktoru olub.

Hazırda o, Bakı Fındıq Emalı Zavodunun (“Bakfem”) direktorudur. Murad Cabbarlı Zaqatala və Balakəndəki fındıq sexlərinin sahiblərinə inzibati rıçaqlarla təzyiq göstərərək onlardan məhsulu dəyər-dəyməzinə alırdı.

Qeyd edək ki, Şəki Beynəlxalq Bankdan kredit adı altında silinən vəsaitlərin əsas bataqlığı hesab olunurdu. Bir neçə il əvvəl məlum olmuşdu ki, bankın ümidsiz, yəni geri qaytarılmasına ümid olmayan kreditlərindən 48 milyon manatı Şəkidə fəaliyyət göstərən firmaların adına rəsmiləşdirilib. Özü də heç bir girov qoyulmadan...

Səhmlərinin 50 faizi dövlətə məxsus olan bankdan milyardlarla manat bax, bu cür fırıldaq sxemləri ilə illər boyu mənimsənilib...

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam