Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Tərəflər ağır silahlardan atəşə tutulduqlarını bildirir"

 

Ukrayna hərbiyyəsi şənbə günü mövgelərinin tanınmamış DNR və LNR tərəfindən 28 dəfə atəş tutulduğunu bildirib.
"Xeberinfo.com":  Ukrayna qüvvələrinin xüsusi əməliyyat qərargahının mətbuat mərkəzinin yaydığı xəbərə əsasən, hadisələrin yarısında DNR və LNR silahlıları ağır toplardan atəş açıb. Xəbər verildiyinə görə, bu zaman, o cümlədən, "Qrad" reaktiv yaylım atəş sistemlərindən də istifadə olunub.
Donetsk rəsmiləri, ötən gecə baş vermiş atışmadan sonra, şəhərin Kiyev rayonunda irimiqyaslı dağntıların yarandığını bildirib, səhər şəhərdə ağır top atəşi səsi eşidilib.
DNR Donetsk şəhərinin yaşayış rayonları və Spartak qəsəbəsinin atəşə tutulmasına görə ukraynalı hərbçiləri ittiham edib.
Donetsk vilayətində 120mm çaplı minomyotlardan və 122mm toplardan ukrayna qüvvələrinin Opıtnoye, Avdeevka və Peski məntəqələri yaxınlığında mövgeyi atəşə tutulub.
Ukrayna qüvvələrinin mətbuat mərkəzi ötən gecə Avdeevka yaxınlığında hərbi mövgelərin "Qrad" reaktiv sistemlərdən atəşə tutulduğunu bildirib.
Ukrayna hərbiçilərinin mövgeyi Luqansk vilayətində də atəşə tutulub.
Maryinka məntəqəsi yaxınlığında silahlı toqquşma baş verib. Ukraynalı hərbçilər burada separatçıların kəşfiyyat dəstəsinin hücumunu dəf etdiklıərini bildiriblər.
Donetsk vilayətində yerli sakinin həyətinə top mərmisi düşüb, nəticədə həmin sakin həlak olub, Donetsk vilayətinoin milis rəhbəri Vyaçeslav Abroskin xəbər verib. Bu arada özünü elan etmiş DNR rəsmiləri ukraynalı hərbçilər tərəfindən Donetsk şəhərinin artilleriya atəşinə tutulduğunu bildiriblər.
DNR rəsmisi Denis Puşilin bunu bildirərək, eyni zamanda qeyd edib ki, DNR münaqişənin eskalasiyasını istəmir və insidentlərin araşdırılamsına çağırır. Ukraynada ATƏT müşahidəçi missiyasının rəhbəri Ertuqrul Alakan atəş açılması insidentləri sayının artması ilə bağlı narahtlıq bildirib. O, qarşıduran tərəfləri təmkinliyə çağırıb.
 
BBC

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam