Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Nüvə proqramı saziş yaxın aylarda bağlanacaq”

 

“İranla “altılıq” arasında nüvə proqramı ilə bağlı saziş yaxın aylarda bağlanacaq”.

"Xeberinfo.com":   APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, bunun üçün qarşı tərəf lazımi addımlar atmalıdır. İran prezidenti bildirib ki, ölkəsinin “altılıq”la danışıqlara getməsinin əsas məqsədi İranın nüvə proqramının hərbi sahəyə istiqamətləndirilmədiyini sübut etmək olub.
H. Ruhani bu məsələsinin həllinin vacib olduğunu deyib: “İran “dağıdıcı nüvə bombası” yaratmayıb. Sazişin bağlanması İranın iqtisadi cəhətdən daha da inkişafını müsbət təsir göstərəcək”.
Qeyd edək ki, İran və “altılıq” arasında nüvə proqramı üzrə razılaşma bu ilin aprelində əldə edilib. Tərəflər İranın nüvə ehtiyatının mühüm hissəsinin ölkə ərazisindən kənara çıxarılması ilə bağlı razılığa gəlib. Bununla belə, İranda nüvə obyektlərinin heç birisi sökülməyəcək. Uranın zənginləşdirilməsi ilə yalnız Natanze şəhərindəki zavod məşğul olacaq. Müəssisə 3,76%-dək zənginləşdirilmiş uranı yalnız mülki məqsədlər üçün istehsal edəcək. Fordo şəhərindəki müəssisə isə elmi-tədqiqat nüvə fizikası mərkəzinə çevriləcək. MAQATE (Atom enerjisi üzrə Beynəlxalq Agentlik) İranın nüvə proqramının sülh xarakterli olmasını izləyəcək. Təşkilatın ekspertləri İranın nüvə obyektlərinə 20 il ərzində baxış keçirə biləcək.
İyunun sonuna planlaşdırılan hərtərəfli sazişin bağlanmasından sonra isə ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalar tədricən aradan qaldırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam