Redaktor seçimi
Kənd təsərrüfatında qohumbazlıq nümunəsi:
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

Ukrayna parlamenti Putinə sanksiya tətbiq etdi

 

Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman Vladimir Putin də daxil olmaqla, sanksiya tətbiq olunacaq 35 rusiyalı məmurun siyahısını təsdiqləyib.

"Xeberinfo.com":  Modern.az xatırladır ki, Ali Radanın qərarı tövsiyə xarakteri daşıyır və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsi tərərfindən təsdiqlənməlidir.

Sanksiya siyahısının tərkibi əsasən Ali Radanın deputatı və hazırda Rusiya həbsxanasında saxlanılan təyyarə pilotu Nadejda Savçenkonun qanunsuz həbsində məsuliyyəti olan şəxslərdən ibarətdir. Siyahıda həmçinin Rusiya prezidenti Vladimir Putinin, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun, Rusiya Prezident Administrasiyası rəhbərinin 1-ci müavini Vyaçeslav Volodinin, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin, Komitənin rəsmi nümayəndəsi Vladimir Markinin və prezidentin köməkçisi Vladislav Surkovun adları var.

Personal sanksiyalar Luqansk separatçılarının lideri İqor Plotnistkiyə, Rusiya Dumasının deputatı Aleksey Puşkova və spiker Sergey Narışkinə də şamil ediləcək. Amma həmin sanksiya və məhdudiyyətlərin nədən ibarət olması barədə Ukrayna tərəfi açıqlama vermir.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?