Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Türkiyənin baş naziri ermənilərə başsağlığı verdi

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu 1915-ci il hadisələrində ölən ermənilərlə bağlı bəyanat yayıb.
"Xeberinfo.com":   “Trend”-in “TRT Haber”ə istinadən verdiyi məlumata görə, baş nazir yazılı açıqlamasında Osmanlı İmperiyasının son illərində əsrlər boyu qardaşlıq və sülh içində yaşamış fərqli dini və etnik mənsubiyyətli vətəndaşların əzablar çəkdiyini qeyd edib.
O, həmin hadisələrdə həyatını itirən ermənilərin nəvələrinin acısını bölüşdüyünü və başsağlığı verdiyini qeyd edib: “Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni irsinə sahib çıxmaq Türkiyə üçün tarixi və bəşəri vəzifədir”.
Ə.Davudoğlu vurğulayıb ki, bir əsr əvvəl türk və müsəlman Osmanlı vətəndaşlarının məruz qaldığı sürgün və qətliamların dərin izləri bu gün də yaddaşlardadır: “Bu həqiqəti görməzdən gəlmək, əzablar arasında ayrı-seçkilik etmək tarixi baxımdan yalnış olduğu qədər də qəbuledilməzdir. Geridə qoyduğumuz illər də göstərib ki, yaddaşlar arasında qarşıdurma yaratmaq nəticə vermir. Buna görə də, bütün Osmanlı vətəndaşlarının yaddaşına və vicdanına hörmətlə yanaşılması, səslərinin eşidilməsi gərəkdir. Türkiyə bütün fikirlərin azad şəkildə dilə gətirildiyi və müzakirənin aparıldığı bir şərait yaradaraq, ortaq gələcəyi inşa etmək yolunda pozitiv addımlar atır”.
Baş nazirin sözlərinə görə, Türkiyə hökuməti “erməni soyqırımı” iddialarına və 1915-ci il hadisələrinə birlikdə aydınlıq gətirə bilər. Lakin o, bütün üçüncü tərəfləri “tarixi yaraları deşmək”dən çəkinməyə çağırıb.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam