Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Mərkəzi Bank “qara siyahı“nı açıqladı

 

Ümumi Siyahıda “Taliban” və “Əl-Qaidə” terror təşkilatlarının adları var

"Xeberinfo.com":  Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının “Taliban” Sanksiya Komitəsinin 27 mart 2015-ci il və “Əl-Qaidə” Sanksiya Komitəsinin 31 mart 2015-ci il tarixlərində qəbul edilmiş qərarlarına uyğun olaraq 06 aprel tarixində Ümumi Siyahını yeniləyib.

Ans press-in Maliyyə Monitorinqi Xidmətinə istinadla verdiyi məlumata görə, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Ümumi Siyahının son versiyası Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam