Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“20 ildir nazirdir, Azərbaycan dilində danışa bilmir”

 

"İyirmi ildir ki nazirdir, amma Azərbaycan dilində danışa bilmir. Ana dilinə sayğı göstərməyən adamın dövlətin idarəçiliyində rolu necə ola bilər?" 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri millət vəkili Sabir Rüstəmxanlı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin iki illiyi münasibətilə keçirilən dəyirmi masada deyib. Millət vəkili qeyd edib ki, dilin təmizliyi məsələsi hakimiyyətin özündən başlayır:

“Cənab prezidentin də dilimizin inkişafı ilə bağlı sərəncamı var. Ölkə başçısının da ana dilimizdə necə gözəl danışdığının şahidiyik. Amma baxmaq lazımdır ki, məmurlarımız dilimizdə necə danışır. 20 ildir ki nazirdir, amma Azərbaycan dilində danışa bilmir. Ana dilinə sayğı göstərməyən adamın dövlətin idarəçiliyində rolu necə ola bilər?.. Məmurlar övladlarına öz dilimizdən başqa, bütün dilləri öyrədirlər”.

S. Rüstəmxanlı xatırladıb ki, əgər Sovetlər birliyi dönəmində Azərbaycan dilinin rəsmi dövlət strukturlarında işlənməsi probelmi var idisə, amma indi dilimiz ola-ola onun zibillənməsi prosesi gedir: “ Bu yaxınlarda Almaniyada yaşayan bir tanışım mənə zəng etdi ki, filan mahnının sözlərinə qulaq asmısınızmı? Niyə mahnılarınızı bu günə salırsınız? Mahnıdakı sözlər etikadan kənar idi”. 

 

“Qafqazinfo”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam