Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rövnəq Abdullayev Rusiyanın tarifləri artırmasını normal hesab edir

 

SOCAR Rusiya tərəfinin Bakı-Novorossiysk boru kəməri üzrə neft nəqlinin tariflərinə yenidən baxmasını normal hesab edir. 

"Xeberinfo.com":  “Turan”-ın məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
O bildirib ki, hazırda SOCAR bu boru kəməri üzrə neftin nəqlini kommersiya şərtləri əsasında həyata keçirir: “Əvvəlki hökumətlərarası saziş digər şərtləri nəzərdə tuturdu. Lakin sonra Rusiya bu sazişin dayandırılması barədə qərar qəbul etdi və biz kommersiya şərtləri əsasında yeni müqavilə imzaladıq. Onların fərqi yeni sazişlə daha ucuz qiymətlərin nəzərdə tutulmasından ibarətdir. Rusiyada rublun devalvasiyası ilə bu şərtlər bizim üçün az qala iki dəfə sərfəli oldu”.
R.Abdullayev əlavə edib ki, Azərbaycan tərəfi Bakı-Novorossiysk boru kəmərini strateji istiqamət hesab edir.
“Azərbaycanın nefti dünya bazarına çıxarmaq üçün 3 marşrutu var, ona görə neft ixracı ilə bağlı problem yoxdur”, – deyə o bildirib.
Əvvəllər “Kommersant” qəzeti yazmışdı ki, “Transneft” Bakı-Novorossiysk boru kəmərinin və Şesxarisdəki neft bazasının təmiri üçün vəsait axtarır. Şirkət artıq Azərbaycan neftinin nəqli tarifinin 30% artırılmasını tələb edir. Bu istiqamət rublun devalvasiyasından sonra daha əlverişli olub. Dollar ifadəsində neftin 1 tonunun nəqli $10,2-a başa gəlir. BTC üzrə bu göstərici $44,4-dır. “Transneft”də əmindirlər ki, tarif artımı nəticəsində nəql həcmi azalmayacaq.
Tarif Şurası məsələyə aprelin 7-də baxacaq.
Azərbaycan 1997-ci ildən neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir. Hökumıətlərarası sazişə əsasən, Azərbaycan 1 ton neftin TF ərazisindən nəqli üçün $15,67 ödəməlidir.
2014-cü ildən Novorossiysk limanından 932,155 min ton SOCAR nefti yüklənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam